Azərbaycan millisi İspaniyaya qalib gəldi

azerbaycan-millisi-ispaniyaya-qalib-geldi
Oxunma sayı: 805

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında üçüncü oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Çernoqoriyada təşkil olunan "B" qrupunun növbəti oyununda millimiz İspaniya ilə qarşılaşıb.

Görüş voleybolçularımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, komandamız ilk iki oyununda Fransa və Çernoqoriyaya 3:0 hesabıyla qalib gəlmişdi. "B" qrupunda ikinci dövrənin oyunları 10-12 iyunda Fransada keçiriləcək.

İspaniya - Azərbaycan 1:3 (16:25, 25:23, 17:25, 16:25)

Turnir cədvəli: Azərbaycan - 9 xal (9-1), Çernoqoriya - 3 (3-3), İspaniya - 2 (4-8), Fransa - 1 (2-6).