Azərbaycan millisi Macarıstana qarşı

azerbaycan-millisi-macaristana-qarsi
Oxunma sayı: 1899

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunun 5-ci turunda  Macarıstanla qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq. 

Azərbaycan millisi 4 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.  Macarıstan eyni xalla 3-cüdür.

12 iyul

20:00.Azərbaycan - Macarıstan
Baş hakim: Jelena Pejkoviç
Liv Bona Dea Arena