Azərbaycan millisi rəqibini gözləyir

azerbaycan-millisi-reqibini-gozleyir
Oxunma sayı: 632

Qol.Az-ın məlumatına görə, final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan 14 komanda sırasında Azərbaycan millisi də var.

Milli komandamızın da rəqibi məhz bu gün müəyyənləşəcək. Əsas seçmə mərhələdə qrupu ikinci pillədə başa vuran Joze Alesio da Silvanın komandası qrup liderlərindən biri ilə qarşılaşacaq.

Ümumilikdə isə əsas seçmə mərhələdə qrup qaliblərinin rəqibi "play-off"a qrup ikincisi kimi vəsiqə qazanan yığmalar olacaq. "Play-off" mərhələsinin ilk oyunları 25-28 mart, cavab qarşılaşması isə 8-11 apreldə keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.


Qrup qalibləri: İspaniya, İtaliya, Serbiya, Portuqaliya, Ukrayna, Çexiya, Rusiya.

Qrup ikinciləri: Norveç, Rumıniya, Sloveniya, Slovakiya, Azərbaycan, Belarus, Macarıstan.