Azərbaycan millisi Sloveniya yığması ilə qarşılaşacaq

azerbaycan-millisi-sloveniya-yigmasi-ile-qarsilasacaq
Oxunma sayı: 1361

Azərbaycan millisi yoldaşlıq görüşü keçirəcək. “Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Sloveniya ilə qarşılaşacaq.

Matç noyabrın 10-da Lyublyana şəhərində olacaq. Müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.

Xatırladaq ki, millimiz UEFA Millətlər Liqasının 2020/21 mövsümündə C Liqasının 1-ci qrupunda yer alıb. Canni De Byazinin komandası ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək.