Azərbaycan millisi üçün daha bir rəqib tapıldı

azerbaycan-millisi-ucun-daha-bir-reqib-tapildi
Oxunma sayı: 1623

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, A millimiz Latviya yığması ilə qarşılaşacaq.

Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.