Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Xəbəri rus dilində oxuyun: "Он сказал, что Лоту Гули убьёт мою семью" - Кому достались 12 миллионов Ахундова?
Saat 18:00-da start götürəcək qarşılaşma “Astana Arena”da keçiriləcək.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
3 iyun
18:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferents Karako (hamısı Macarıstan).
Nur-Sultan, “Astana Arena”.
***
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.
Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.
Qeyd edək ki, oyunun yarısından etibarən Azərbaycanda yayımı dayandırılıb. Bubun texniki səbəblərlə əlaqədar olduğu bildirilib.
Son xəbərlər
Son Xəbərlər