Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyinatı olub.
“Qafqazinfo” xəbər verir ki, bundan sonra yığmaya almaniyalı Riçard Trautman rəhbərlik edəcək.
Qeyd edək ki, Riçard Trautman məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. O, son olaraq 2016 - 2021-ci illərdə Almaniyanın böyüklərdən ibarət millisinə rəhbərlik edib.
Son xəbərlər
Son Xəbərlər