Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

azerbaycan-millisinde-kutlevi-yoluxma
Oxunma sayı: 2162

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, buna komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 məşqçi və inzibati heyət üzvündə koronavirusun aşkarlanması səbəb olub.

Bu səbəbdən yığmanın fevralın 1-dən 3-dək Bakıda planlaşdırılmış toplanışı da ləğv edilib.

Qeyd edək ki, futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov COVID-19-a yoluxub. Koronavirusa yoluxan məşqçi isə Aslan Kərimovdur. İnzibatçı Ehtiram Abbasov da eyni aqibətlə üzləşib.