“Azərbaycan millisində oynamayacam” - Emin Mahmudov

azerbaycan-millisinde-oynamayacam
Oxunma sayı: 1685

 

Rusiyanın "Mordoviya" klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov maraqlı müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, o, rus mətbuatına Azərbaycana gəlməsindən və ölkəmizdə futbola baxışdan danışıb.

Mahmudov bildirib ki, Azərbaycanda internet və peyk televiziyasının olmamasını deyib: “Mən saatlı rayonundanam. Anam da Cəlilabaddan. Azərbaycanda mənim oyunlarımız izləmirlər. Çünki orada peyk və internet yoxdur ki, Rusiya Premyer Liqasına baxsınlar”.

Futbolçu milli Azərbaycan millisinə dəvət almasına da münasibət bildirib: “Azərbaycan millisinə dəfələrlə dəvət almışam. Ancaq istənilən halda ora getməyəcəm və orda oynamayacam. Əgər dəvəti qəbul etsəm, Rusiyada legioner sayılacağam və bu mənə sərf etmir. Ümid edirəm ki, elə Rusiya millisində də çıxış edəcəm”.