“Azərbaycan millisindəki işimə davam edəcəm” - Canni De Byazi

azerbaycan-millisindeki-isime-davam-edecem
Oxunma sayı: 1138

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Yunanıstan millisini çalışdıracağı ilə bağlı çıxan iddialar haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, italiyalı məşqçi Azərbaycan millisinin baş məşqçi postunda qalacağını bildirib:

“Gələcəklə bağlı planlar? Mənə artıq çox yaxşı tanış olan Bakıda qalacam. Azərbaycan millisindəki işimə davam edəcəm. İndi bunu dəqiq deyə bilərəm”.