Azərbaycan millisindən darmadağın - Yenilənib+Video

Azərbaycan millisindən darmadağın
Oxunma sayı: 11421

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

***

Matç başladı.

***

“Qazaxıstan” millisinin oyunçusuna qırmızı vərəqə verildi. 36-cı dəqiqədə Nurali Alip Eddi İsrafilova qarşı hərəkətinə görə meydandan qovuldu.

***

İlk hissə başa çatdı. 

***

İkinci hissə başladı. 

***

Azərbaycan millisi oyunda hesabı açdı. Oyunun 68-ci dəqiqəsində rəqib oyunçu Maroçkin topu öz qapısına yönəldib. 

 

***

75-ci dəqiqədə Ozobiç hesabı 2:0 etdi.

***

Azərbaycan millisi rəqibin qapısından üçüncü qolu keçirdi. 90+1-ci dəqiqədə üçüncü qolun müəllifi Anatoli Nuriyev olub.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.