Azərbaycan millisindən ilk qələbə -

azerbaycan-millisinden-ilk-qelebe-
Oxunma sayı: 1132


“Qafqazinfo”nun məlumatına görə, Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda, Polo üzrə Avropa Çempionatına start verilib. Yarışın ilk turunda Azərbaycan seçmə komandası, Almaniya idmançıları ilə qarşılaşıb. 

Görüş həmyerlilərimizin 9-7 hesablı qələbəsi ilə başa çatıb. Ardınca meydana İspaniya və İtaliyanın komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi İtaliyanları 10-4 hesabı ilə məğlub edib.

İlk yarış günününü son görüşündə isə İsveçrə seçməsi - İrlandiya millisini 9-6 hesabı ilə udub. Sabah (5 Sentyabr), Avropa Çempionatının ikinci günü keçiriləcək ilk oyunda meydana Azərbaycan və İtaliya komandaları çıxacaqlar. 

“Qafqazinfo”