“Azərbaycan millisinə ilk gündən uyğunlaşdım” - Şeydayev

azerbaycan-millisine-ilk-gunden-uygunlasdim
Oxunma sayı: 881

Türkiyənin "Trabzonspor" klubundan Slovakiyanın "Jilina" klubuna icarəyə verilən millimizin üzvü Ramil Şeydayev yerli mətbuata açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, 21 yaşlı hücumçu Azərbaycan millisindəki karyerasından danışıb. Millimizdəki ab-havanın yaxşı olduğunu vurğulayan gənc hücumçu, uyğunlaşma baxımından problemi olomadığını deyib:

"Azərbaycan millisinə uyğunlaşmaqda heç bir problemim olmadı. Hiss edirəm ki, mənim klubumdakı çıxış haqda maraqlanırlar, istəyirlər ki, mən daha çox oynayam və milliyə də yaxşı köməyim dəysin. Azarkeşlərin də məndən qol və ya qollar gözlədiyini çox yaxşı dərk edirəm. Mən milliyə ilk gündən uyğunlaşdım. İlk oyunlardan milliyə mümkün qədər daha çox ayda verməyə çalışdım".

Gənc forvard Azərbaycan millisindəki hədəflərindən də danışıb: "Azərbaycan millisi ilə bağlı ümidlərim böyükdür. Hazırda DÇ-2018-in seçmə mərhələsində yer aldığımız qruupda üçüncü pillədəyik. Gələn il Rusiyada baş tutacaq final mərhələsində iştirak etmək istəyirik. Bu, bizim üçün, kollektivimiz üçün yaxşı hadisə olardı".

Şeydayev "Jilina"dakı hədəflərindən söz açıb: "Özümü yaxşı tərəfdən göstərmək, daim əsas heyətdə mübarizə aparmaq istəyirəm. Ən böyük istəyim isə Avrokuboklara düşmək və orada uğurlu çıxış etməkdir".

Şeydayev Rusiya vətəndaşlığını dəyişməsinə və yetirməsi olduğu "Zenit" klubundan ayrılmnasına peşman olmadığını da sözlərinə əlavə edib.