Dünyanın ən yaxşı futbolçusu olan Kriştiano Ronaldoya Azərbaycan milli komandasının forması hədiyyə olunub. “Qafqazinfo” xəbər verir ki, Madrid "Real"ının və Portuqaliya millisinin ulduz hücumçusu sevimli nömrəsi olan "7"-ni hədiyyə alıb.
Bunu Kriştianoya AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev təqdim edib. Həmin göy formanın arxasında futbolçunun adı yazılıb.
Xatırladaq ki, millimiz hazırda "7 nömrə"ni "Qəbələ"nin yarımmüdafiəçisi Araz Abdullayev daşıyır.


Son xəbərlər
Son Xəbərlər