Azərbaycan millisinin üzvlərinin transfer qiyməti düşdü

azerbaycan-millisinin-uzvlerinin-transfer-qiymeti-dusdu
Oxunma sayı: 1413

Koronavirus pandemiyasına görə futbolçuların transfer qiymətləri aşağı düşüb.

 “Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisində də çıxış edən oyunçuların dəyərində eniş müşahidə edilib. "Transfermarkt"da futbolçuların qiyməti 10-20 faiz aşağı endirilib.
 
Yığmanın ən bahalı futbolçusu olan Riçard Almeydanın transfer qiyməti 1,3 milyon avroya düşüb. BƏƏ-nin "Baniyas" klubunun yarımmüdafiəçinin daha öncəki dəyəri 1,6 milyon avro idi.
 
"Qarabağ"ın futbolçusu Maksim Medvedevin dəyəri 300 min avro aşağı düşərək, 1 milyon avro olub.
 
Digər milli üzvlərinin dəyəri:
 
Bədavi Hüseynov ("Qarabağ") - 950 min avro (əvvəlki qiyməti: 1,2 milyon avro)
Emil Balayev ("Zirə") - 950 min avro - (əvvəlki qiyməti: 1,2 milyon avro)
Mahir Emreli ("Qarabağ") - 950 min avro - (əvvəlki qiyməti: 1,2 milyon avro)
Qara Qarayev ("Qarabağ") - 900 min avro - (əvvəlki qiyməti: 1,1 milyon avro)
Emin Mahmudov ("Neftçi") - 800 min avro - (əvvəlki qiyməti: 1 milyon avro)
Səlahət Ağayev ("Neftçi") - 725 min avro - (əvvəlki qiyməti: 900 min avro)
Ramil Şeydayev ("Sabah") - 725 min avro (əvvəlki qiyməti: 1,2 milyon avro)
Dmitri Nazarov ("Aue", Almaniya) - 475 min avro (əvvəlki qiyməti: 600 min avro)
Bəhlul Mustafazadə ("Sabah") - 475 min avro (əvvəlki qiyməti: 600 min avro)
Araz Abdullayev ("Qarabağ") - 400 min avro (əvvəlki qiyməti: 500 min avro)
Təmkin Xəlilzadə ("Sabah") - 400 min avro (əvvəlki qiyməti: 500 min avro)
Renat Dadaşov ("Vulverhempton", İngiltərə) - 350 min avro (əvvəlki qiyməti: 400 min avro).