Azərbaycan millisinin üzvü Braziliya yığması ilə dünya çempionu oldu - Video

azerbaycan-millisinin-uzvu-braziliya-yigmasi-ile-dunya-cempionu-oldu
Oxunma sayı: 2391

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Vasura Dünya çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, buradakı qəribəlik Vasuranın Azərbaycan millisi ilə deyil, bu uğuru Braziliya millisinin heyətində qazanmasıdı.

Belə ki, futzal millimizin aparıcı üzvü Braziliyada keçirilən 7*7-yə oynanılan futbol turnirində bu uğura nail olub. Braziliya finalda Rusiya yığmasına qalib gələrək dünya çempionu adını qazanıb. Vasura millisinin 10 nömrəli futbolkasını geyinib.