“Azərbaycan millisinin üzvü ilə maraqlanırıq” - Superliqa təmsilçisinin rəsmisi

azerbaycan-millisinin-uzvu-ile-maraqlaniriq
Oxunma sayı: 1210

Türkiyənin “Kayserispor” klubunun Azərbaycan millisinin üzvü Ufuk Budakı transfer etmək istədiyini xəbər vermişdik.

Qafqazinfo” xəbər verir ki, o, buna görə yığma komandamızın Avstiyadakı təlim-məşq toplanışını da tərk edib. Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri və meneceri Ahmet Yıldız Ufuk Budakla maraqlandıqlarını etiraf etsə də, hələlik məsələnin dəqiqləşmədiyini bildirib: “Ufuk Budakla maraqlandığımız doğrudur. Onunla danışıqlar da olub. Amma hələlik dəqiq heç nə yoxdur”.

O, millimizin üzvünün Avstriyadakı təlim məşq toplanışından ayrılıb “Kayserispor” üçün Türkiyəyə gəlməsindən xəbərsiz olduğunu deyib: “Onun Azərbaycan millisinin düşərgəsini niyə tərk etdiyini bilmirəm. Bundan xəbərim yoxdur. Onu deyə bilərəm ki, bu futbolçu bizim maraq dairəmizdədir”.