Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

azerbaycan-millisinin-uzvu-qazaxistan-klubunda
Oxunma sayı: 1195

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. 27 yaşlı futzalçı “Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə may ayına qədər müqavilə üçün razılığa gəlib.

Qeyd edək ki, “Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.