Bu gün milli komandamız 2018-ci ildə ilk oyununa çıxacaq.
"Qafqazinfo" xəbər verir ki, yığmamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Moldova ilə qarşılaşacaq. Bu matç Qurban Qurbanovun millimizin baş məşqçisi kimi debütü olacaq.
"Mardan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan və Moldova milliləri indiyəfək 9 dəfə üz-üzə gəlib. 2 qələbə qazanan və 3 dəfə uduzan millimiz 4 heç-heçə edib.
Yoldaşlıq oyunu, 30 yanvar 20:00
Azərbaycan – Moldova
“Mardan” stadionu
***
Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev
Baş məşqçi: Qurban Qurbanov
Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros
Baş məşqçi: Aleksandr Spiridon
***
Matç başladı.
***
23-cü dəqiqədə Azərbaycan millisində məcburi dəyişiklik olub. İkili mübarizədə zədələnən Əfran İsmayılovun yerinə Ruslan Qurbanov daxil olub.
***
İlk hissədə tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb.
***
Səssizlik 90 dəqiqənin sonuna qədər davam edib və matç 0-0 başa çatıb.
Son xəbərlər
Son Xəbərlər