Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib

azerbaycan-monteneqro-biznes-forumu-kecirilib
Oxunma sayı: 814

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı  ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib. Tədbirdə hər iki ölkə hökumətlərinin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən iş adamları iştirak edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, forumun açılış tədbirindən əvvəl  Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Monteneqro Respublikasının Baş Naziri Duşko Markoviçi və digər qonaqları Forumda təqdim edilən   Azərbaycan stendi ilə tanış edib, ölkəmizin iqtisadi inkişafı, ixrac imkanları, mühüm iqtisadi layihələri və s. barədə məlumat verib.  

Forumun açılışında çıxış edən S.Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutacaq bugünkü görüşün Azərbaycan və Monteneqronun iqtisadi əməkdaşlığının sərhədlərini daha da genişləndirəcəyinə və hər iki dövlətin biznes potensialının inkişafı üçün yeni imkanlar yaradacağına ümidvar olduğunu deyib. Nazir Azərbaycanın Monteneqroda ən böyük investorlardan biri olduğunu deyib,  Azərbaycan şirkətləri və investorlarının fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli mühitin yaradılması və saxlanılmasına görə Monteneqro hökumətinə təşəkkürünü ifadə edib. O, bank, energetika, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi barədə də davamlı danışıqlar aparıldığını, Monteneqronun Herseq-Novi şəhərində “Azmont İnvestments” şirkəti tərəfindən turizm kompleksinin tikintisi işləri davam etdirildiyini, 2016-cı ildən Monteneqroda Azərbaycan bankı olan Nova Bank fəaliyyət göstərdiyini qeyd edib.

İki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu deyən nazir bu sahədə dinamik artım tempini statistik məlumatlar əsasında diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. Azərbaycan-Monteneqro Hokumətlərarası Komissiyası bu istiqamətdə ciddi işlər aparacaqdır ki, bu da öz növbəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcək