"Qafqazinfo"ya daxil olan məlumata görə, Şəhər Bayramı ilə əlaqədar açıq səma altında təşkil olunmuş konsertdə Polşanın tanınmış bir sıra ansamblları çıxış ediblər. Konsertdə Bakı şəhəri Xəzər rayonunu təmsil edən incəsənət xadimləri 40 dəqiqə ərzində Azərbaycan muğamını ifa edib və milli rəqslərimiz iştirakçıların diqqətinə təqdim olunub. 2011-ci ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muğam müsabiqəsində ikinci yerə layiq görülmüş Məmməd Nəcəfovun ifası və Azərbaycan rəqsi iştirakçılar tərəfindən böyük maraqla qəbul olunub.
Son xəbərlər
Son Xəbərlər