“Azərbaycan naminə”nin qalibləri onlar oldu

azerbaycan-naminenin-qalibleri-onlar-oldu
Oxunma sayı: 897

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, müsabiqə aşagıdakı mövzuları əhatə etmiş və hər mövzu üzrə göndərilən yazıların statistikası aşağıdakı kimi olmuşdur:

-Vətənpərvərlik və şəhidlik zirvəsi - 228 esse

-Mənəvi dəyərlərimiz - 52 esse

-Azərbaycançılıq məfkurəsi - 43 esse

Münsiflər komissiyası tərəfindən hər bir esse hərtərəfli, obyektiv yoxlanılmış və hər bir münsif tərəfindən ən yüksək nəticə əldə etmiş aşağıda adları göstərilən tələbələr müsabiqənin qalibləri adını qazanıb:

Əhmədov Rəşad Bəxtiyar oğlu- BANM-nin kimya mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi - 1-ci yer

Vəliyeva Günəş Ələsgər qızı- BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 2-ci kurs tələbəsi – 2-ci yer
Balakişiyeva İlahə Rafail qızı- DİA-nın siyasi idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi – 2-ci yer
Bayramlı Nizami İmran oğlu – BSU-nun 2-ci ali təhsil tələbəsi – 3-cü yer
Mirhüseynli Nuranə Mirhəmid qızı – BMU-nun pedoqoji fakültənin 5-ci kurs tələbəsi – 3-cü yer
Həsənova Arzu Rahib qızı – BDU-nun sosial-psixoloji xidmət fakültəsinin 2-ci kurs tələbəsi – 3-cü yer
Pirəliyeva Səadət Elşad qızı – ADPU-nun pedoqoji fakültənin 4-cü kurs tələbəsi –həvəsləndirici mükafat
Fərzəliyev Xəyal Vüqar oğlu – BANM-nin informasiya təhlükəsizliyi fakültəsinin 2-ci kurs tələbəsi – həvəsləndirici mükafat
Mirzəyeva Nuranə Şıxəli qızı – ADPU-nun filologiya fakültəsinin 1-ci kurs tələbəsi – həvəsləndirici mükafat
Əlinur Ziya Əlövsət oğlu – LDU-nun təbiyyət fakültəsinin 4-cü kurs tələbəsi – həvəsləndirici mükafat
Əliyeva Nigar Ramiz qızı- BDU-nun filologiya fakültəsinin 3-cü kurs tələbəsi – həvəsləndirici mükafat