Azərbaycan neft hasilatını azaldacaq

azerbaycan-neft-hasilatini-azaldacaq
Oxunma sayı: 2269

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında  gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Yeni OPEC+ sazişinə əsasən, Azərbaycan may-iyun aylarında neft hasilatını gündəlik 164 min barel azaltmaq barədə üzərinə öhdəlik götürüb.

Bu barədə "Qafqazinfo"ya Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək  Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır", - məlumatda deyilir.