Azərbaycan neft hasilatının “dondurulmasına” razıdır

azerbaycan-neft-hasilatinin-dondurulmasina-razidir-
Oxunma sayı: 2497

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində “dondurulması” təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, virtualaz.org yayıb.

Xatırladaq ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər.