Azərbaycan nefti 68 dollardan satılır

azerbaycan-nefti-68-dollardan-satilir
Oxunma sayı: 726

Dünya bazarında neft qiymətlərində fərqli dinamikalar müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 0,59 % bahalaşma ilə bir barrelə görə 68,49 dollar olub.

“WTI” markalı neft də 0,59 % bahalaşaraq bir barrelə görə 65,09 dollar təşkil edir.

Azərbaycan neftinin qiymətində isə ucuzlaşma müşahidə olunub. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,2 dollar ucuzlaşaraq 68,39 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.