Azərbaycan nefti 68 dollardan satılır

azerbaycan-nefti-68-dollardan-satilir
Oxunma sayı: 656

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşır.

“Qafqazinfo”nun məlumatına görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.38 dollar artaraq 68.75 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.