Azərbaycan nefti 72 dollara satılır

azerbaycan-nefti-72-dollara-satilir
Oxunma sayı: 1638

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar artaraq 72,48 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.