Azərbaycan nefti 72 dollardan satılır

azerbaycan-nefti-72-dollardan-satilir
Oxunma sayı: 918

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 % artaraq 72,86 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.