Azərbaycan nefti 80 dollardan satılır

azerbaycan-nefti-80-dollardan-satilir
Oxunma sayı: 1358

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,7 % azalaraq 80,39 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.