Azərbaycan nefti 85 dollardan satılır

azerbaycan-nefti-85-dollardan-satilir
Oxunma sayı: 1403

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 % artaraq 85,57 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.