Azərbaycan nefti bahalaşdı

azerbaycan-nefti-bahalasdi
Oxunma sayı: 2214

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,08 dollar/barel təşkil edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 10-da 73,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel bahadır.