Azərbaycan nefti bahalaşdı

azerbaycan-nefti-bahalasdi
Oxunma sayı: 2437

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 0,2 dollar və ya 0,28% artaraq 71,75 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.