Azərbaycan nefti bahalaşır

azerbaycan-nefti-bahalasir
Oxunma sayı: 1931

Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti bahalaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan neftinin 1 barrelə olan qiyməti 0,68% bahalaşaraq 57,92 dollar təşkil edib.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.