Azərbaycan nefti bu qiymətə satılır

azerbaycan-nefti-bu-qiymete-satilir
Oxunma sayı: 3544

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,14 ABŞ dolları və ya 2,45 faiz azalaraq 85,34 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.