Azərbaycan nefti rekord həddə bahalaşdı

azerbaycan-nefti-rekord-hedde-bahalasdi
Oxunma sayı: 6371

Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,44 % artaraq 99,30 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 4-də (95,07 dollar) qeydə alınıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.