CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 71,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,24 dollar/barel azdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trend” ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən məlumat yayıb.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 70,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 26-da 68,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.
Son xəbərlər
Son Xəbərlər