Azərbaycan nefti ucuzlaşdı

azerbaycan-nefti-ucuzlasdi
Oxunma sayı: 3608

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,19 dollar/barel təşkil edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 72,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,14 dollar/barel ucuzdur.