Azərbaycan nefti ucuzlaşıb

azerbaycan-nefti-ucuzlasib
Oxunma sayı: 2286

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 79,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,57 dollar/barel azdır. 

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 78,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 5-də 75,74 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 5-də 76,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,64 dollar/barel azdır.