Azərbaycan neftinin 1 bareli 75 dolları ötüb

azerbaycan-neftinin-1-bareli-75-dollari-otub
Oxunma sayı: 3415

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 75,22 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,1 dollar dollar/barel çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 74,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 23-də 70,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated”  etalon növlü neftin qiyməti isə iyulun 23-də 73,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.