Azərbaycan neftinin 1 bareli 79 dolları keçdi

azerbaycan-neftinin-1-bareli-79-dollari-kecdi
Oxunma sayı: 2432

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 79,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,07 dollar/barel çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 78,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 30-da 75,37 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 30-da 76,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.