Azərbaycan neftinin qiyməti 74 dolları keçib

Azərbaycan neftinin qiyməti 74 dolları keçib
Oxunma sayı: 2303

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.88% artaraq 74.40 dollar təşkil edib. 

"Brent" markalı neftin bir bareli 0,23% bahalaşaraq 72,69 dollardan satılır. 

WTI markalı neft isə 0,88% bahalaşaraq 70,91 dollara satılır. 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.