Azərbaycan neftinin qiyməti 77 dollara çatır

azerbaycan-neftinin-qiymeti-77-dollara-catir
Oxunma sayı: 779

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.87 dollar artaraq 76.59 dollar təşkil edib.

Qeyd edək ki, bu, “Azeri Light” neftinin son 2 ildəki maksimum qiymətidir.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.