Azərbaycan neftinin qiyməti 86 dollara çatır

azerbaycan-neftinin-qiymeti-86-dollara-catir
Oxunma sayı: 865

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,3% artaraq 85,89 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.