Azərbaycan neftinin qiyməti 90 dolları keçdi

azerbaycan-neftinin-qiymeti-90-dollari-kecdi
Oxunma sayı: 2130

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,8 % artaraq 90,56 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.