Azərbaycan neftinin qiyməti bahalaşdı

azerbaycan-neftinin-qiymeti-bahalasdi
Oxunma sayı: 648

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 2-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 0,37 dollar bahalaşaraq 110,27 dollara satılıb.

Bu, son 2 aydan artıq müddətdə Azərbaycan neftinin ən yüksək qiymətidir. «Azeri Light» markalı neft sonuncu dəfə 110 dollardan baha qiymətə (110,33 dollara) mayın 22-də satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/barel həcmində təsdiqlənib.