Azərbaycan neftinin qiyməti həftənin minimumuna düşdü

azerbaycan-neftinin-qiymeti-heftenin-minimumuna-dusdu
Oxunma sayı: 1321

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,1 dollar və ya 1,93% azalaraq 55,81 dollar təşkil edib.

Qafqazinfo” Fins.az-a istinadən xəbər verir ki, həftənin cümə günü neftin bir barelinin qiyməti 56,91 dollara bərabər olub. Yanvarın 26-da 56,05, yanvarın 25-də 56,21, yanvarın 24-də isə 56,10 dollara satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.