Azərbaycan niyə 5 əcnəbi vokalist seçib?

azerbaycan-niye-5-ecnebi-vokalist-secib
Oxunma sayı: 1461

Bir aydan sonra Portuqaliyanın paytaxtı Lissabonda 63-cü “Eurovision” mahnı müsabiqəsi start götürəcək. Təmsilçimiz Aysel Məmmədovanı (Aisel) səhnədə 5 vokalçının müşayiət edəcəyi açıqlanıb. Onlardan 4-ü portuqal, 1-i isə yunandır. 

“Qafqazinfo” xəbər verir ki, Ayselin komandasında yalnız özünün azərbaycanlı olmağı, digər üzvlərin isə əcnəbi olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Eurovision”a həsr olunan səhifələrdə mövzu ilə bağlı çoxlu paylaşımlar edilib və əksər istifadəçilər vokalçıların əcnəbilərdən ibarət olmasını tənqid edib. 

Əslində bu üsul “Eurovision” tarixində çox istifadə olunub. Belə ki, bir çox iştirakçılar qaydaya uyğun olaraq 5 vokalistlə səhnəyə çıxır. Adətən onların təmsil etdikləri 5 fərqli ölkədən az da olsa bal toplamaq üçün belə bir addım atılır. 

“Ucuz plan” adlandırılan üsuldan bu il Azərbaycan da istifadə edib. Nümayəndə heyətimiz iddia edir ki, əslində 4 vokalist ev sahibi Portuqaliyaya jest olaraq seçilib. Eyni zamanda, məqsəd Portuqaliya və Yunanıstandan da böyük bal toplamaqdır. Azərbaycan bu taktikanı bəstəkar, söz yazarı, xareoqraf, rəqqasələr və sairi əcnəbilər arasından seçməklə də tətbiq etmiş olub.