Azərbaycan növbəti medalı qazandı- - Yenilənib

azerbaycan-novbeti-medali-qazandi-
Oxunma sayı: 8304



"Qafqazinfo" xәbәr verir ki, Kristal Hall-da keçirilən yarışda Azәrbaycan millisinin bir idmançısı tatamiyә çıxıb. Patimat Abakarova rusiyalı Aleksandra Liçaqina ilә qarşılaşıb. O, rəqibinə qalib gəlib.

***

58 kq çәki dәrәcәsindә Mәhәmmәd Mәhәmmәdov israilli Gil Xaimstovla mübarizə aparır və idmançımız 7-4 hesabı ilə qələbə qazandı.

***

Hazırda Məhəmmədov 1/4 final mrəhələsində ispan idmançı Tortosa Kabrera ilə mübarizə aparır və idmançımız 8-3 hesabı ilə uduzdu.

***

İdmançımız Patimat Abakarova yunanıstanlı İonna Koutsou ilə qarşılaşır və idmançımız hələ ki, 4-0 öndədir. İdmançımız 4-2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandı.

***

Hazırda Patimat Abakarova yarımfinal görüşünə çıxır. O, serbiyalı Tijana Boqdanoviçlə qarşılaşır və idmançımız 7-6 hesabı ilə uduzdu. O, bürünc medal uğrunda mübarizə aparacaq.

***

Mәhәmmәd Mәhәmmәdovun uduzduğu ispaniyalı idmançı finala çıxdığına görә Mәhәmmәdov tәsәlliverici görüşlәrә qatılacaq. İdmançımız bürünc qazana bilәr.

***

Məhəmməd 14:2 hesabı ilə irəlidədir. 

***

Rəqibinə 15:3 hesabı ilə qalib gələn Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Ləvənt Tuncatla (Almaniya) qüvvəsini sınayacaq.

***

Məmmədovun oyununa artıq start verilib.

***

İdmançımız 4:5 hesabı ilə rəqibinə uduzdu və bürünc uğrundan mübarizəni dayandırdı. 

***

Patimat bürünc medal uğrunda çıxışını davam etdirir. Onun rəqibi Erika Nikolidir (İtaliya).

***

Patimat 4:0 hesabı ilə öndədir. 

***

İdmançımız 7:0 öndədir.

***

Patemat 13:0 hesabı ilə qələbə qazanır və bürünc medala sahib olur.