Azərbaycan nümayəndə heyəti Misirdə

azerbaycan-numayende-heyeti-misirde
Oxunma sayı: 1001


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri general-polkovnik Sidqi Subhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə Dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin müvafiq qurumları arasında əlaqələrin, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Dövlət Sərhəd Xidmətinin nümayəndələri səfər müddətində Misirin Təhlükəsizlik və Sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.