Azərbaycan nümayəndə heyətinin üzvləri Postdamda keçirilən iclasda iştirak edir - Foto

azerbaycan-numayende-heyetinin-uzvleri-postdamda-kecirilen-iclasda-istirak-edir
Oxunma sayı: 1526

İyulun 4-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin iclası Almaniyanın Potsdam şəhərində keçirilib.

"Qafqazinfo" xəbər verir ki, monitorinq Komitəsinin iclasında Avropa Yerli özünüidarəetmə xartiyasının üzv-ölkələrdə tətbiqi, yerli və regional seçkilər və bir sıra digər məsələlər müzakirə olunaraq konqresin payız sessiyasının müzakirəsinə təqdim olunub. Monitorinq Komitəsində həmçinin "Təmiz, sağlam və davamlı ətraf mühitə dair paylaşılan şərh: Postdan Bəyannaməsi" qəbul olunub.  

Ölkəmizi tədbirdə Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edirlər.